08.09.2024 (05:54:09)

  • toplog.az saytı 2015-ci ildə yaradılmış və WAP/WEB saytların ziyarətçi sayını dəqiq ölçmək və ətrafli statistikanı sayt idarəçilərinə təqdim etmək məqsədi ilə xidmət göstərməkdədir.

  • Tərəflər
  • Xidmət göstərən: toplog.az saytı bundan sonra TopLog olaraq adlandırılacaq.

  • İstifadəçi: TopLog-a aid http://toplog.az web saytı üzərindən hesab (Account) yarataraq xidmətdən istifadə edən real şəxslərdir. Bundan sonra İstifadəçi olaraq adlandırılacaq.

  • İdarəçi: Saytın rəhbərliyi bundan sonra Administrasiya olaraq adlandırılacaq.

  • İstifadə qaydaları və Şərtlər
  • Aşağıdakı göstərilən qaydaların TopLog sistemində istifadəsi qətiliklə qadağandır. TopLog, aşağıda göstərilən fəaliyyətləri həyata keçirən saytları dayandırmaq, məhdudlaşdırma və ya tamamilə xitam haqqını özündə saxlayır.

  • İstifadəçi qeydiyyat keçərkən göstərilən məlumatları düzgün qeyd etməli və qaydaları oxuduqdan sonra Qaydalar-ı oxudum razıyam mətnini seçərək davam etməlidir.

  • Əgər saytın məzmunu seçilmiş kateqoriyaya və ya qeydiyyat vaxtı göstərilmiş təsvirinə uyğun deyilsə, Administrasiya resursun yerini saytın mövzusuna daha uyğun kateqoriyaya köçürdə və ya resursun təsvirini dəyişdirə bilər.

  • Resursun təsvirində qeyri-normativ leksikadan, təhqirlərdən istifadə etmək, həmçinin başqa internet-resurslara istinad edən, millətlərarası düşmənçiliyi qızışdıran, siyasətə toxunan, bir və ya bir qrup insanın dinini təhqir edən sözlər yazmaq, həmçinin böyük hərflərdən ehtiyac olmadığı halda artıq istifadə etmək qəti qadağandır.

  • Tərkibində pornoqrafik materiallar olan resurslar "Yetişkin (18+)" xüsusi kateqoriyaya əlavə olunmalıdır.

  • Tərkibində uşaq pornoqrafiyasının təbliği, siyasi çevrilişlərə səbəb ola biləcək məzmun (yazılar,video və s.) olan saytların qeydiyyatı qəti qadağandır.

  • Saytlar qeydiyyat olunduğu tarixdən 24 saat ərzində TopLog-a aid sayğac kodunu saytda yerləşdirilmədiyi halda həmin sayt avtomatik olaraq deaktiv ediləcək.

  • Resurslara aid sayğac kodunu qeydiyyat zamanı göstərilən ünvan xaricində kənar saytlarda quraşdırmaq qəti qadağandır.

  • Sayğac kodunda hər hansı bir dəyişiklik etmək, verilən kodda TopLog sisteminə keçidi ləğv etmək qəti qadağandır. Kod olduğu qaydada sayta quraşdırılmalıdır.

  • Sayğacın təsviri səhifələrə baxış vaxtı resursun ziyarətçisi tərəfindən görünən olmalıdır.

  • 7 gün ərzində heç bir ziyarətçiyə nümayiş olunmayan sayt sistemdən avtomatik silinəcək.

  • İstifadəçi TopLog sayğacın rəqəmlərinə və başqa dəyişənlərinə təsir etmək üçün heç bir proqram və ya üsullardan istifadə etməməlidir.

  • Bu üsullara, öz-özünə yenilənən səhifələr, proxy siyahısı ilə IP ünvan dəyişilməsi, kliker-növlü proqramların istifadəsi və s. daxildir.

  • TopLog-un öhdəlikləri
  • İstifadəçinin tələbi üzərinə toplog.az web saytı üzərindən qeydiyyat edilən saytlar qaydalara uyğundursa aktiv ediləcək.

  • TopLog davamlılıq zəmanəti (Uptime) "Fors-Major" səbəblərdən, internet onurğasını meydana gətirən firmalardan, server problemlərindən və ya texniki problemlər xaricində bir il ərzində 99.9% nisbətində işləyir və əlçatan olacağını öhdəliyinə götürür.

  • Administrasiya reytinqin işində müvəqqəti nasazlıqlar və fasilələrə görə məsuliyyət daşımır.